Emi Uaynhaus | |
---|---|
brit. ing. Amy Winehouse | |
![]() | |
Ümumi məlumatlar | |
Doğum adı | Amy Jade Winehouse[4] |
Doğum tarixi | 14 sentyabr 1983[1][2][…] |
Vəfat tarixi | 23 iyul 2011[3][1][…] (27 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | spirtli içki intoksikasiyası[d][6] |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni-mahnı yazarı, gitaraçı, cazmen, jazz guitarist[d], musiqiçi, səsyazma sənətçisi[d], müğənni, mahnı yazarı[d], incəsənət xadimi, bəstəkar |
Fəaliyyət illəri | 2000–2011 |
Janrlar | soul, ritm-n-blyuz, caz, blüz, mavi göz soul[d], reqqi, ska[d] |
Musiqi alətləri | gitara, zərb qurğusu[d] |
Səs tembri | kontralto |
Albom şirkətləri | Universal Music Group, Island Records, Republic Records |
Təhsili | |
amywinehouse.com | |
![]() |
Emi Uaynhaus (ing. Amy Jade Winehouse; 14 sentyabr 1983[1][2][…] – 23 iyul 2011[3][1][…], Kamden[d], London, Birləşmiş Krallıq[5]) — güclü kontralto səsi[8] və eksentik musiqi janrların qarışmasını ifa etməsi ilə məşhur, əsasən R&B, soul və caz, britaniyalı müğənni və mahnıların müəllifi. Tənqidçilər onu 2000-ci illərin aparıcı ifaçılardan biri kimi tanımışdılar. Səsi old school ifaçıları Ella Fitscerald, Dina Vaşinqton və Sara Voqanın səsinə bənzəyir. 2006-cı ildə çıxan Back to Black adlı albomu 5 Qremmi mükafatına layiq görülmüşdür. Ona görə də Ginnesin rekordlar Kitabına 5 dəfə Qremmi mükafatı alan birinci Britaniyalı kimi qeyd olunub.[9][10] 2007-ci ildə "Ən yaxşı britaniyalı qadın ifaçı" kimi Brit Awards mükafatı almışdır. Uaynhaus 2011-ci il iyul ayının 23-də alkoqoldan zəhərlənərək ölüb.